Xəzər rayonu Binə qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. Qəsəbənin Atçılıq massivi adlanan yaşayış ərazisində, təxminən, 300-ə qədər abunəçinin işığı kəsilib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev kəsintini əraziyə gedən yeraltı kabel xəttinin zədələnməsi ilə əlaqələndirib: “Kimsə həmin ərazidə qazıntı işləri aparıb və ehtiyatsızlıqdan qəsəbənin bir hissəsini qidalandıran yeraltı kabel xəttini zədələyib. Hazırda əməkdaşlarımız qəza yerindədir. Yaxın saatlarda əraziyə elektrik enerjisinin verilişi bərpa olunacaq”.