!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSMF sədri Səlim Müslümov Masallıda vətəndaşları qəbul edib

!Reklam – Yazi

publika.az1436968106Selim Muslimov_1430154900Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bu gün Fondun Masallı rayon şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik və Lənkəran rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

DSMF-dən “APA-Economics”ə verilən məlumata görə, qəbulda iştirak edən vətəndaşların həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Masallı rayon şöbəsinə aparılıb-gətirilməsi təmin olunub.

Qəbul “Açıq qapı” şəraitində keçirilib. Görüşdə 25-dən artıq vətəndaşın müraciətlərinə baxılıb. Bütün müraciətlər operativ qaydada araşdırılaraq, onların bir qismi yerindəcə həll edilib. Bəzi müraciətlər araşdırma tələb etdiyindən müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə, Fondun digər vəzifəli şəxslərinə göstərişlər verilib. DSMF-nin səlahiyyətlərinə aid olmayan müraciətlərlə görüşə gələn vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndəriləcəyi bildirilib.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri və stajla bağlı digər məsələlərə görə müraciət ediblər.

www.yenicag.az

1297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv