Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Yeni ili vətəndaşlarımız əsasən harda keçirəcək?

http_95.86.135.60_bpictures_picture164812Vüqar Bayramov: “Azərbaycan vətəndaşları turizm sifətilə yeni ili də əsasən xaricdə qeyd edəcək”

Eldar Aslanov: “Yeni il istirahəti üçün əsasən yaxın qonşu ölkələri seçəcəklər”

 

 

 

Qarşıdan Yeni il bayramı gəlir. Bu münasibətlə Azərbaycan əhalisinin bir hissəsi turizm obyektlərində istirahət etməyə daha çox meyl göstərir. Bu fonda maraqlıdır, görəsən, vətəndaşlarımız əvvəlki illərdə olduğu kimi yenə də istirahətlərini əsasən xaricdə realizə edəcəklərmi?
Yenicag.az saytına açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov vətəndaşların turist olaraq qış istirahətini də əsasən xaricdə realizə edəcəklərini dedi: “Daxildə tələbat çox azdır. Təklif də azdır. Cəmi 30 min yer var. Amma yeni il bayramı ilə əlaqədar istirahət etmək istəyənlərin sayı kifayət qədər çoxdur. Bu gün əslində daxili turizm daxili tələbatı ödəmək imkanına malik deyil. Təklif olunan turizm yerlərinin azlığı, xidmətin məhdud olması birmənalı şəkildə Azərbaycan vətəndaşlarının yenə də əsasən xaricdə istirahət etməsinə gətirib çıxaracaq”.

Turizm Universitetinin prorektoru Eldar Aslanov anoloji qənaətdədir: “Məlumat ondan ibarətdir ki, yeni il bayramı günlərində Azərbaycanda olan otellərin böyük hissəsi yüksək dolma faizilə fəaliyyət göstərəcək. Xüsusən də Şahdağ Yay-Qış turizmilə bağlı məlumat ondan ibarətdir ki, artıq erkən revalvasiyalar edilib. Azərbaycan ailəsinin bir qismi belə olanda orada özünə yer tapa bilməyəcək. Nəticədə alternativ variantları nəzərdən keçirməli olacaq, əsasən yaxın qonşu ölkələri seçəcəklər”.

 

Rüfət

www.yenicag.az

254