Reklam

Reklam

5999Son günlər “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovla bağlı müxtəlif iddialar irəli sürülür.

Yenicag.az xəbər verir ki, “Azərsu” ASC-də çalışan məsul işçilərdən biri “Təzadlar”a müraciət edərək dövlətimizin iqtisadi maraqlarına xidmət edən olduqca maraqlı bir məlumatı bizimlə bölüşdü.

Adının çəkilməsini istəməyən “Azərsu” əməkdaşı redaksiyaya göndərdiyi məktubunda yazır: “Hörmətli “Təzadlar”! Salam, mən “Azərsu” ASC-də çalışıram, xahiş edirəm, məxfiliyimi təmin edəsiniz. Sizə dövlətimizin iqtisadi maraqları naminə bir ciddi məsələ barədə məlumat vermək istəyirəm. Söhbət Qorxmaz Hüseynovla nəqliyyat nazirinin müavini Musa Pənahovun şərikliyindən gedir. Belə ki, bu yaxınlarda Asiya İnkişaf bankının ölkəmizdə həyata keçirdiy layihələrlə bağlı kredit ayırdığı milyonlara bu iki şəxs şərik oldu… Həmin layihələr bu iki şəxsin inhisarına daxil olur. Artıq öz aralarında razılığa da gəliblər. Hətta yaxın günlərdə bunun üçün Musa Pənahovun oğlu Fuad Pənahov Qorxmaz Huseynovun qəbulunda olub razılaşmanı gerçəkləşdirəcək. Çünki bütün layihə işlərini Musa Pənahovun oğlunun rəhbəri olduğu və təsis etdiyi “Qlobal-A” şirkəti həyata keçirəcək. Sonra sənədləşdirmə başlayacaq. Avropa oyunları dövründə və bu oyunlaradək bu layihələrə başlanılmayacaq deyə, artıq Asiya İnkişaf Bankının ayırdığı milyonlar bu iki məmur arasında rahatca həllini tapacaq, xərclənmə istiqamətləri müəyyənləşdiriləcək. Onu da deyim ki, Musa Pənahov Qorxmaz Hüseynovla bütün detalları razılaşdırıb. Və yuxarılarda da bilirlər ki, “Qlobal-A” şirkəti onun oğlunundur. Əgər bu məlumatları dərc etsəniz, sonradan sizə daha ətraflı məlumatlar verəcəyəm. Biləsiniz ki, Asiya İnkişaf Bankı “Azərsu” ASC vasitəsilə ölkəmizdə 11 rayonda Beynəlxalq Layihələri maliyyələşdirir. Və bu sərmayənin məbləği 300 milyon dollar təşkil edir. Qeyd etdiyim kimi, bu layihələrin icrası Qorxmaz Huseynova məxsus olan və qaynı Namiq Cəbrayılov tərəfindən idarə olunan “Hidroinşaat” şirkəti və Musa Pənahovun oğlu Fuad Pənahova məxsus “Qlobal-A””Group tərəfindən həyata keçirilməsini də razılaşdırıblar. Həmin layihələrdən bir neçəsinin necə həyata keçirilməsində mütəxəssis kimi iştirakçıyam, sənədlərə baxanda adam havalanmaq istəyir.
Hələlik bu məlumatları dərc etməyiniz yetər. Əlavə məlumat göndərəcəyəm”.

Qeyd edək ki, “Azərsu”ya 2011-ci ildən rəhbərlik edən Qorxmaz Hüseynovun da korrupsiya əməlləri barədə mətbuatda yetərincə məlumatlar dərc edilib. Q. Hüseynovun “Azərsu”da özünə qohumlarından ibarət komanda yaratdığı, milyonların dövr etdiyi podratçı şirkətlərin az qala hamısının onun yaxın adamlarına aid olması barədə xəbərlər də yeni deyil.

130+170 milyonluq layihələrdə qaranlıq məqamlar….

Mənbə Asiya İnkişaf Bankı ilə bağlanan müqaviləyə əsasən, ayrılan 300 milyon manatın bir hissəsinin mənimsənilməsi ilə bağlı kompromatların daha ciddi araşdırılma tələb etdiyini deyir:

«Həmin vəsait ümumilikdə 300 milyon dolardır. “Su təchizatı və kanalizasiya investisiya layihəsi – 2” çərçivəsində Asiya İnkişaf Bankı tərəfindən güzəştli şərtlərlə ayrılan bu 300 milyon dolların rəsmi sənədlərlə 130 milyon dolları Naxçıvan şəhərində, 170 milyon dolları isə Göyçay, Ağdaş və Beyləqan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına xərclənməlidir. Bu iş və vəsaitlər həqiqətən də Qorxmaz Hüseynova yaxın şirkətlər arasında bölünüb. Yəni ASC sədrinə yaxın şirkətlər tenderlərdə qalib elan olunaraq, işlər onların sərəncamına verilib. Maraqlı burasıdır ki, bu layihədə Qorxmaz Hüseynovu daha çox Azərbaycan və Almaniya birgə müəssisəsi ” T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG ” şirkətinin «fəaliyyəti» ilə «vururlar». Çünki bu MMC-nin Beyləqanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhər daxilində 77,6 kilometr su, 71 kilometr kanalizasiya şəbəkəsinin yaradılması, 3400 smart-kart tipli sayğacın quraşdırılması prosesində ayrılmış 50 milyon manata yaxın vəsaitə rəğmən, keyfiyyətsiz işlər görməsi iddia olunur. Məsələn, həmin şirkət su və kanalzasiya xətlərinin çəkilişi zamanı istifadə olunan materialların keyfiyyətsizliyi, qum-çınqılın əvəzinə eroziya uğramış torpaqlardan istifadə edilməsi, beton tələb olunan sahələrdə bundan istifadə edilməməsi və sair faktlar daha çox qabardılaraq, burada iri məbləğdə yeyintiyə diqqət çəkilir. Üstəlik, həmin MMC-nin sahibi Xəyal Aslanzadənin Qorxmaz Hüseynov və onun qardaşına bağlı olduğu xəbərlərin bir çox dövrü mətbuatda tez-tez hallanması və orada qeyd edilən faktlar da bu «xəmirin hələ çox su» aparacağını göstərir».

 

Qardaş və bacıoğlu ASC sədrini fakt qarşısında qoyub?

Mənbənin sözlərinə görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova yaxın şirkətlərin milyonlarla «davranışları» ilə bağlı toplanan kompromatlar da, onun qardaşı və bacısı oğlunun da adı çox hallandırılır: «Deyə bilərəm ki, artıq sadalanan faktlarla yanaşı, Qorxmaz Hüseynovun bacısı oğlunun Hacıqabulda su və kanalizasiya sisteminin tikintisinə ayrılmış 250 milyon manatın bir hissəsini hansı «variantlar»dan istfadə edərək mənimsəməsi və qardaşı Məhəmməd Hüseynovun sahibi olduğu “Sənaye Tikinti-M” MMC vasitəsiylə hansı maliyyə fırıldaqlarına yol verməsi xəbərləri də ASC sədrinə çox ciddi problemlər yaradıb. Düşünürəm ki, bu tip maliyyə fırıldaqları yaxın gələcəkdə Qorxmaz Hüseynova daha çox zərbələr gətirəcək. Yəni onun bu vəziyyətdən çətin çıxacağını düşünənlər də az deyil…».

Fətullah Gülənə göndərilən milyonlar…

Onu da qeyd edək ki, “Azərsu” prezidenti Qorxmaz Hüseynov Türkiyə Milli Təhlükəsizlik Şurası tərəfindən Fətullah Gülən Terror Örgütü olaraq elan edilən Şəbəkənin Azərbaycanda ən ciddi dayaqlarından hesab olunur. Gülən Şəbəkəsinə yaxın şirkətlərə böyük lahiyələr verən Q.Hüseynov eyni zamanda övladını da onlara əmanət edib. Fətullahçıların beyin mərkəzi sayılan Qafqaz Universitetinin oğlunun adını xocasının şərəfinə Fətullah qoyan prorektoru ilə sıx isti münasibətdə olan Qorxmaz Hüseynov milyonlarla dolların Camaatın büdcəsinə axmasına və dövlət şirkətində mühüm postları ələ keçirmələrinə şərait yaratdığı iddia olunur. Təbii ki, Qorxmaz Hüseynov tək deyil. Gülən Şəbəkəsi ilə illərdən bəri işbirliyində olanlarla birlikdə hərəkət etməsə, bu qədər milyonlar onun əmrinə verilməzdi…

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 102
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."