!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maliyyə xəyanəti yoxsa Dövlət Çevrilişinə cəhd? – Biznesmenlərin həbsində Dubay əmirinin rolu – Özəl

!Reklam – Yazi

kollİş dünyasında ciddi prosses başlayıb. “Nurgün” Qrupla bağlı başlayan prosseslər “PNN Group” şirkətinin təsisçisi Nizami Piriyev həbs edilidi. Bu gün isə Hacı İbrahim Nehrəmlinin “Bandotdel”də ifadə verdiyi xəbəri yayılıb. 10 ildən bəri Bakıdakı bütün böyük park proyektlərini həyata keçirən “Azimport”şirkətinin sahibi Rəşad Məmmədov və şəriki Azər Əsgərovun da həbs olunduğu bildirilir.

Avropa Oyunları kimi mötəbər yarış öncəsi bu həbslər təsadüfidirmi? Nə baş verir? Bunun manat devalvasiyası ilə hər hansı əlaqəsi varmı?

Yenicag.az-a danışan və adının çəkilməsini istəməyən məlumatlı şəxsin ehtimallarına görə, burada problemli kredit məsələsi aysberqin görünən üzüdür: “Bütün dünyada iş adamları banklardan milyonlarla kredit götürürlər. İş dünyasının vazkeçilməzi kreditlərdir. Bankları ayaqda saxlayan da iş adamlarıdır. Təbii ki, kreditləri vaxtında ödəməyənlərə qarşı cəza lazımdır. Ancaq total cəza başqa mətləbdən xəbər verir”.

Mənbəmiz qeyd edir ki, bu isə maliyyə xəyanətindən daha çox dövlət çevrilişinə cəhdin qarşısının alınması prossesini xatırladır: “Neftin qiymətinin düşməsindən və manatın devalvasiyasından sonra iş adamları arasında ciddi narahatlıq var idi. Ola bilsin ki, Petruşevin səfəri də bununla bağlıdır. Belə ki, 2005-ci ildə Fərhad Əliyev-Əli İnsanov-Rəsul Quliyev ittifaqının çevrilişi zamanı da o zaman bu barədə siqnal Rusiyadan gəlmişdi. Ola bilsin ki, Abbas Abbasovla köhnə dost olan azərbaycanlı milyonerlər növbəti dəfə bu barədə danışıqlar aparıblar. Lakin qarşıdan mötəbər tədbir gəldiyindən dövlət səs-küysüz bu məsələni həll etmək istəyir”.

O da qeyd olunur ki, problemli kreditləri olanlar təkcə Azərbaycan banklarına fırıldaq gəlməyiblər. Ərəb ölkələrindən də Azərbaycan Prezidentinə ciddi şikayət var. Belə ki, bir müddət öncə ölkəmizə səfər edən Dubay əmiri, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti şeyx Məhəmməd bin-Rəşid əl-Maktum İlham Əliyevə məxfi dosye təqdim edib. Həmin dosyedə böyük vədlərlə Azərbaycana gətirilib, milyardlarla dolları “buxarlanan” ərəblərdən bəhs olunub. Şeyx Maktum Azərbaycan prezidentindən vətəndaşlarının pozulan hüquqlarını bərpa etməyə çağırıb.

 İddiaya görə, həmin gün gecəni elə bu gün ifadə verməyə çağrıldığı idarədə keçirən azərbaycanlı iş adamı 24 saat içərisində toplam 5 milyard məbləğində olan obyektlərini 2 milyard qarşılığında girov qoyaraq, şikayətçi ərəbin pulunu qaytarıb. Lakin görünən odur ki, bu onu xilas etməyib.

Məsələ birbaşa prezidentin nəzarətində olduğundan hazırda bu biznesmenləri xilas etmə cəhdləri dəfayda vermir.

Yenicag.az

www.yenicag.az

1076
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv