!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güləndən müridlərinə Türkiyəyə qarşı kamikadze çağırışı – Fətullahçı yazarlar niyə qaçır?

!Reklam – Yazi

fethullah_gulen_birlesmis_milletlerde_konustu_h20370Türkiyədə seçkilərə çox az qaldıqca, ölkə qarışmaqdadır. Belə ki, artıq HDP və MHP-yə aid büroların hücuma məruz qalması bəzi qüvvələrin bölgədə kürd-türk qarşıdurmasına çalışdığını ortaya qoymaqdadır.

Türkiyə prezidenti Ərdoğan bu provokativ hadisələrin arxasında Kandil ilə Pensilvaniyanın olduğunu bildirib. Prezident bildirib ki, Gülən Kandildəki türk-kürd barışını istəməyən qüvvələrlə birləşərək, Türkiyəni vətəndaş müharibəsinə sürükləmək istəyir: “Çünki normal seçkidə qalib gələ bilmədiklərini bilirlər. Seçki yaxınlaşdıqca, bir daha millətdən zərbə alacaqlarını bildikləri üçün bu addımları atırlar”.

Ərdoğan Gülənin tətikçi qəzetçilərinin qaçmasına da diqqət çəkib. Belə ki, Gülənə bağlı jurnalistlər Emre Uslu, Öndər Aytac, Adem Yavuz Arslandan sonra Qəzetçilər və Yazarlar Vəqfinin başqanı Mustafa Yeşil də ölkədən qaçıb. ABŞ-a qaçan Mustafa Yeşilin adı ən son MHP millət vəkiıi Meral Akşenerə atılan iftiranın əsas sahibi olaraq gündəmə gəlmişdi. Bu barədə danışan Gülənin ilk tələbəsi Lətif Ərdoğan Mustafa Yeşilin bu barədə videonun onda olduğunu dediyini qeyd etmişdi. Mustafa Yeşilin qaçmasının bir səbəbi olaraq da Balyoz davasının çökməsi göstərilir.

Gülənin əsas adamları ölkədən qaçarkən, Pensilvaniyadan gələn mesaj çox ciddidir. Belə ki, Gülənin son təlimatı analitiklər tərəfindən qanlı seçki mesajı olaraq qiymətləndirilib. Onun “ehtiyatı əldən vermədən sürəti ikiqat artırın” sözlərinin örgütünə şifrəli mesaj olduğu bildirilib.  Türkiyəyə qarşı savaşan Gülənin “üzərinizə gəlsələr, gərginliyi daha da artırmaq lazımdır, bəzi məsələlərdə gecikmişik, ətəyi ayağa dolaşdırmadan, təmkinlə və sürətlə hərəkət etməliyik” söyləyib.

“Kimsə sizə ilişə bilməyəcək” deyə, örgütünü psixoloji savaşa hazırlayan Gülənin bu mesajının dövlət içindəki bürokratlara ünvanlandığı da iddia edilidi. Hidayət Karaca və digərləri üçün “kamikadze”lik edən hakimlər kimi digər fətullahçı vəzifə sahiblərindən risk etmələri istənildiyi vurğulanır. Gülən üçün “son savaş” anlamına gələn 7 iyun seçkilərinə qədər hücumda oynayacaqları da bu mesajla ortaya çıxıb. Görünən odur ki, Gülən Ərdoğanın partiyasının bu seçkidən zəif çıxması üçün bütün kartlarını açacaq.

Eləcə də, son günlər Türkiyədə yaşanan partiya bürolarına basqınların da Pensilvaniyadan gələn şifrəli mesajla bağlı olduğu vurğulanır. Yəni, Gülənə görə, Türkiyə ya onun, ya da məzarın olmalıdır.

Qeyd edək ki, Ərdoğan növbəti dəfə Güləni Türkiyəyə dəvət edib: “Niyə Pensilvaniyadan gəlmirsən? Günahın-cinayətin yoxdursa, nə işin var Amerikada?”

 

www.yenicag.az

733
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv