!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan masonlarının Rusiyadan idarə olunduğu üzə çıxdı-Məxfi toplantıdan FOTOLAR

!Reklam – Yazi

img1850528Moskvada rəsmən tanınmış mason təşkilatının – Böyük Rusiya Lojasının yaradılmasının 20 illiyi qeyd olunub.

Yenicag.az virtualaz.org saytına istinadən xəbər verir ki, bu qapalı təşkilatın toplantısı barədə bəzi məlumatları “V kurse” portalı əldə edə bilib. Mərasimə onlarla ölkədən mason təşkilatlarının – Böyük Lojaların rəhbərlərinin qatıldığı bildirilir.

Toplantı qapalı olsa da iştirakçılardan biri, Mason Ordeninə mənsub olduğunu gizlətməyən rusiyalı siyasətçi Andrey Boqdanov bəzi məlumatları və fotoşəkilləri sosial şəbəkələrdə yerləşdirib.

Həmçinin digər mason mənbələrindən əldə edilən xəbərlərə görə, Moskvadakı toplantıya dünyanın hər yerindən yüzlərlə Orden nümayəndəsi qatılmışdı.

Qonaqların arasında Fransa, İsveçrə, ABŞ, Avstriya, Gürcüstan, Moldova, Ermənistan, İsrail, Latviya, Malta, Rumıniya və digər ölkələrin, habelə Qabon, Cibuti və Mavrika kimi cırtdan ölkələrin masonları olub.

Portalın əldə etdiyi məlumata görə, iştirakçıların arasında dünya masonluğunun bir çox liderləri, o cümlədən Fransanın Böyük Milli Lojasının Böyük Ustadı Jan Pyer Servel, Avstriya Böyük Lojasının Böyük Ustadı Corc Semler, Böyük Lojaların Ümumdünya Konfransının icraçı katibi Tomas Cekson və digərləri də yer alıblar.

Belə görünür ki, Qərblə Rusiya arasında gərginlik və qarşılıqlı sanksiyalar masonluğa təsir etməmişdi.

Toplantıda Rusiya Böyük Lojasına Böyük Ustadın seçilməsinə dair səsvermə keçirilib. Rus masonların qərarı ilə Böyük Rusiya Lojasına yaxın 5 ildə Andrey Boqdanov rəhbərlik edəcək. Həmçinin mason təşkilatının rəhbərliyinə vəzifəli şəxslərin – Böyük Zabitlərin seçkisi həyata keçirilib.

Bundan əlavə məlum olub ki, Rusiya masonları Ermənistan, Gürcüstan və Azərbaycanın Böyük Lojalarının da təsisçiləridir. Yəni hər üç Cənubi Qafqaz ölkəsinin masonları Rusiyadan idarə olunurmuş.

Toplantıda bildirilib ki, Rusiya Böyük Lojası Qazaxıstan, Belarus və Qırğızıstanda da Böyük Lojalar təsis etməyə hazırlaşır.

Masonluğun tarixi XVIII əsrə dayanır. Bu dini-mənəvi hərəkat XVIII əsrin əvvəllərində Böyük Britaniyada yaranıb. Masonların ilk lojası olan Böyük Loja da 1717-ci ildə Londonda yaradılıb. Masonların Böyük Fransa inqilabına hazırlıqda böyük rolu olub.

Katolikliyin yayğın olduğu ölkələrdə masonlar təqiblərə məruz qalıb. İtaliya, İspaniya və katolikliyin mövcud olduğu digər ölkələrdə liberal partiyaları “mason partiyaları” adlandırıblar.

Dünyanı gizli mason təşkilatlarının idarə etdiyinə dair əfsanələr bütün dövrlərdə populyar olub və indi də belə qalmaqdadır.

www.yenicag.az

656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv