Azay Quliyevlə görüşdə böyük izdiham – Fotolar

7Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində dairə ərazisindəki 6 və 9-cu mikrorayonun sakinləri ilə görüşüb.

Seçicilər qarşısında çıxış edən Azay Quliyev seçki  kampaniyası haqqında məlumat verib: “Dairədə bütün təbəqələrdən olan seçicilərlə görüşürük. Bu müddətdə əmin olduğumuz bir fakt öz təsdiqini tapdı ki, Azərbaycan seçicisi, sözə, əmələ, fəaliyyətə yüksək dəyər verən seçicidir. Azərbaycan seçicisi siyasi proseslərə çox həssaslıqla yanaşır. Seçim edərkən bütün bu məqamları nəzərə alıb, ən düzgün qərarını verir”.

Dairədə yaşayan iş adamı Saleh Qəhrəmanov Prezident İlham Əliyevin sahibkarların hüquqlarının qorunması, onlara qarşı əsassız yoxlamaların aradan qaldırılması zərurəti ilə bağlı atdığı addımların əhəmiyyəti haqda danışıraq,  ölkədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi islahatların ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını deyib.

Deputatlığa namizəd Azay Quliyev əlavə edib ki, ölkə rəhbərinin qərarları, tapşırıqları, imzaladığı fərman və sərəncamları sahibkarlıqla məşğul olan şəxslər üçün geniş imkanlar açacaq.

Sonra çıxış edən seçicilər fiziki məhdudiyyətli vətəndaşların sosial problemlərinin həlli, şəhid statusu və başqa məsələlərlə bağlı fikirlərini bildiriblər. Azay Quliyev təklfi olunan məsələlərlə bağlı seçkidən sonra müvafiq qurumlarla   müzakirənin keçirilməsini təklif edib.

Qarabağ müharibəsində ad çıxarmış qəhrəman, şəhid Fred Asifin oğlunun və  şəhid anasının çıxışını tədbir iştirakçıları coşqu ilə qarşılayıb. Şəhid anası bildirib ki, sözlərini deyə biləcəkləri, birbaşa təmas qurduqları deputatlığa namizədlə görüşdükləri üçün sevinclidir. “Oğul itirmiş ana kimi deyirəm ki, sanki oğlumu tapmışam”.

Görüşdə iştirak edənlər 1 noyabr seçkisində yekdilliklə Azay Quliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev 28 oktyabrda saat 16.00-da 8-cı mikrorayonda yerləşən “Nurman” Şadlıq Sarayında seçicilərlə görüşəcək.