!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülən məktəblərinə ağır zərbə – Türk nazir: “Azərbaycan da şikayətçidir”

!Reklam – Yazi

fethullah_basbakanFətullah Gülən Terror Şəbəkəsinin adı Türkiyənin “gizli konstitusiyası” adlandırılan “Qırmızı Kitab”a düşməsi ona məxsus məktəblər üçün də ciddi problem yaradıb. Şəbəkənin ən gəlirli biznesi olan Hazırlıq Kurslarının özəl məktəblərə çevrilməsinə icazə verilməyəcək. Belə ki, Türkiyə qanunvericiliyinə görə, bu ilin sonundan etibarən dərsxanalar-hazırlıq kursları ya özəl məktəbə çevriləcək, ya da ləğv olunacaqdı. Dövlət Gülən dərsxanalarının məktəbə çevrilməsinə icazə verməyəcək və beləliklə, böyük bir biznes strukturu da əlindən çıxacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Nabi Avcı xəbər verib. Onun sözlərinə görə, Gülən ilə əlaqəsi bilinən heç bir quruluşa icazə verilməyəcək: “Bu əlaqəni bilmək, bizim üçün o qədər də çətin deyil”.

Nazir xaricdəki Gülən məktəbləri ilə də bağlı danışıb: “Paralel Şəbəkənin xaricdəki məktəbləri ilə bağlı bəzi ölkələrdən şikayətlər gəlir. Bəzi ölkələr də Türkiyədəki hadisələrə görə, bu məktəblərdən narahatdırlar. Gülənə aid məktəblərin çoxu zamanında yenə Türk Dövlətinin də təqdimatı ilə qurulub. Türkiyədə olub bitənlər dünyanın gözü qarşısındadır. Bu səbəbdən o ölkələrin rəhbərləri haqlı olaraq bizə deyirlər ki, (Somalidə, Qazaxıstanda, hətta Yaponiyada) ‘Bu məktəblərə vaxtında siz zamin oldunuz, biz də icazə verdik. Amma sizin ölkədə yaşananları görüncə, bizdə də tərəddüd keçiririk”. Və ya bəzi ölkələrdə kəşfiyyat məlumatlarına söykənərək, o ölkələri də qarışdırmaq istədiklərinə dair xəbərlər gəlir. Məsələn Azərbaycan deyir ki, “Buradakı məktəblərdən mən də şikayətçiyəm, ya siz bunları öhdənizə götürün, ya da mən təməlli bağlayım”. Biz də bu məsələdə fəaliyyət göstərməsi üçün Maarif Fondu adında bir vəqf qururuq. Vəqf qurulduqdan sonra dünya çapında bu fəaliyyətlərə nəzarət edəcək”.

Qeyd edək ki, Gülənə bağlı liseylərin bağlandıdğı görüntüsü yaradılsa da, Azərbaycanda “İstək” adı altında fəaliyyətini davam etdirir. Gülənin Azərbaycan imamı Ənvər Özərən, yardımçıları Məsut Kurnaz və Ahmet Sanıc hələ də Bakıda fəaliyyət göstərməkdədirlər. Yəni, Gülən məktəblərinin bağlanması kağız üzərində gerçəkləşsə də, Gülən emissarları azərbaycanlı müridlərinin arxasından yenə də fəaliyyətlərini davam etdirirlər. Xüsusilə, Qafqaz Universiteti fətullahçıların beyin mərkəzi olaraq, fəaliyyətini davam etdirir.Arada robot oynadaraq, insanları necə robotlaşdırdıqlarını belə nümayiş etdirməkdən çəkinmirlər.  Azərbaycandakı hazırlıq kurslarına gəlincə, bir il öncə on civarında olan “Araz” hazırlıq kursları başqa adlar altında 30-u keçib. Onları birləşdirən isə “Güvən” nəşriyyatıdır. Eynilə Türkiyədə olduğu kimi. Orada da əksər dərsxanaların kitabları “Güvender” Yayınlarının məhsuludur.

Yenicag.az

www.yenicag.az

874
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv