!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülənin “etirafçı” qorxusu – Milyardlarla dolların göndərildiyi ölkələr arasında Azərbaycan da var

!Reklam – Yazi

1423518931463Gülən Şəbəkəsinin həbsdə olan əsas simalarının azad edilmə əməliyyatının fiaskoya uğraması örgütdə ciddi çaxnaşma yaradıb.Yenicag.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, artıq Silivri həbsxanasında yatan bəzi şəxslərin etirafçı olmaq istədiyi bildirilir. 

Həmin əməliyyatın Şəbəkənin güc nümayişi göstərmək və şəbəkəni ayaqda tutmaq üçün risk etdiyini vurğulayan qaynaqlar, təşkilatın son vəziyyətini belə izah edib:

“Təşkilat içindəki mənəvi çöküşün qarşısını almaq üçün bir güc nümayişi göstərilməsinə qərar verildi. “Hələ güclüyük” imici verilməyə çalışıldı. Bu səbəblə riskə gedildi. Bu əməliyyatda müvəffəqiyyət şansı çox aşağı olmasına baxmayaraq sınandı. Əməliyyatın fiyaskoyla nəticələnməsi isə daha pis effekt verdi. Hazırda B planı üzərində işlər aparılır. Amma edilən planlarda çarəsizlik önə çıxır. Daha çox mövcud kadrları qoruma və özünü gizlədən məmurların ortaya çıxmaması üzərində dayanılır. Lakin bu mövzuda edilən danışıqlardan kəşfiyyatın xəbəri var. Şəbəkə dağılma nöqtəsinə doğru gedir. Silivridə yatdığı üçün Camaatı ittiham edənlər var. Onsuz da azad etmə əməliyyatının əsas səbəblərindən biri də bu narazı və problem yaradacağından şübhələnilən şəxsləri təcili olaraq xaricə çıxarıb, nəzarət altına almaq idi. Bu olmadı. Silivridə ciddi narazılıq var və “Ölənə qədər buradan çıxa bilmərik” deyənlərin hər keçən gün artdığı bilinir. Bu səbəbdən də etirafçı olaraq, xilas olmaq istəyənlər var. Onların qarşısının kəsilməsi üçün Camaat dörd bir tərəfdən çalışır. Yaxınları, vəkilləri vasitəsiylə onları susmağa, səbrli olmağa çağırırlar. Şifrələri isə Azərbaycandakı fətullahçıların dedikləri sözdür: “Hər şey yaxşı olacaq””.

 

Məlumatda qeyd olunur ki, Şəbəkənin ən qorxduğu şey Türk Silahlı Qüvvələri, Təhlükəsizlik və hüquq-mühafizə orqanlarında olan kripto fətullahçıların deşifrə olmasıdır. İçəridə olan şəxslərdən bu təşkilatı yaxşı bilənlər var. Bu səbəbdən də o şəxslərin içəridə qalması və sıxıntılı olması risk olaraq görünür. Şəbəkəyə qarşı dövlətin qərarlı duruş sərgilənməsi, xüsusilə Gülən Şəbəkəsinin adının “Qırmızı Kitab”a düşməsi azadlıqda qalan kadrlar üçün də ciddi problem yaradıb. Başının bəlaya girməsindən çəkinənlərin  özlərini qurtarmaq üçün Şəbəkə ilə bağlı məlumatları müvafiq qurumlara verməyə başladığı da vurğulanır. Bu vəziyyət, xüsusilə Polis daxilindəki gənc kadrlar üçün keçərlidir. Eyni zamanda pul qaynaqlarda da azalma olduğu, ancaq xaricə qaçırılan milyard dollarlıq sərvətlə hələ uzun müddət mübarizə apara biləcəkləri bildirilir. Qeyd olunur ki, Türkiyədəki pulların çoxu xaricə çıxarılıb. Bunun üçün xaricdə ticarətlə məşğul olan şirkətlərdən istifadə edilib. Pul köçürmələri onlar üzərindən reallaşdırılıb. Həmin şirkətlər arasında Qazaxıstan, Şimali Kipr və Azərbaycanın adı xüsusilə qeyd olunur. Azərbaycanda TUSİAB-a bağlı xüsusilə tikinti şirkətlərinin vasitəsilə milyonlarla dollar Camaatın Azərbaycan kassasına ötürülüb.

 

Yenicag.az

www.yenicag.az

951
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv