İndi də özündən 26 yaş böyük aktyorla görüşür – Fotolar

Aktrisa Ember Herd milyarder sevgilisi İlon Maskdan ayrıldıqdan sonra adı bir neçə dəfə müxtəlif şəxslərlə hallanıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı aktrisa bu dəfə 57 yaşlı aktyor Şon Pennlə görüntülənib.

Cütlüyü restoranlardan birində şərab içərkən və səmimi söhbət edərkən görüblər. Məlumata görə, son vaxtlar Şon tez-tez Emberlə maraqlanıb.

Xatırladaq ki, E.Herd uzun müddət İlonla sevgili olub , 2016-cı ilin sonunda isə aktyor Conni Deppdən boşanıb.

Penn isə 1985-1989-cu illərlə müğənni Madonna ilə ailəli olub. Ondan sonra adı bir çox gənc xanımlarla hallansa da, ən yadda qalan münasibəti Şarliz Teron olub.