Rusiyada keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb.
Yenicag.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, seçkilərdə qalib gələn Vladimir Putinin 76,69 faiz səs topladığı məlum olub. Putinə 56.430.712 seçici səs verib.
İkinci yerdə 11,77 faiz səslə və 8.659.206 min seçici sayı ilə Pavel Qrudin qərarlaşıb.
Üçüncü yer 5, 65 faiz səslə və 4.154.985 min seçici sayı ilə Vladimir Jirinovskiyə məxsusdur.
Aparıcı Kseniya Sobçak isə 1,68 faiz səslə dördüncü olub.
Rusiya Mərkəzi Seçki Komissiyası seçkiləri “həqiqi və etibarlı” olaraq tanıyıb. Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə baş tutacaq inaqurasiya tarixi hələ açıqlanmayıb. O, Putinin bu gün Rusiya xalqına müraciətlə çıxış edəcəyini vurğulayıb.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri 18 mart tarixində baş tutub. Nəticələrə əsasən Vladimir Putin qalib gəlib.