Türk Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatının 24-cü günündə hesabat yayımlayıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, məlumatda 24 gün ərzində 31 türk əsgərinin şəhid olduğu, biri ağır olmaqla 143 əsgərin yaralandığı qeyd olunub. Əməliyyat çərçivəsində 627 hədəf vurulub, 14 strateji əhəmiyyətli mövqe nəzarətə alınıb.
Qeyd edək ki, Afrində ümumilikdə, 1369 terrorçu zərərsizləşdirilib.