24 məktəb direktoru tutduğu vəzifədən azad edildi

138 məktəb direktoru barəsində intizam tənbehi tədbiri görülüb.

Yenicag.az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin ilin yekunlarına dair hesabatında bildirilib.

Hesabatda bildirilir ki, aparılmış monitorinqlərin nəticəsinə əsasən, 13 Rayon Təhsil Şöbəsinin müdiri, 12 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 138 məktəb direktoru barəsində intizam tənbehi tədbiri görülüb, 9 yerli təhsili idarəetmə orqanının rəhbəri, 1 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 24 məktəb direktoru tutduğu vəzifədən azad edilib.