24 mindən çox abituriyent ixtisas seçimi edib

2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I –IV) üzrə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, iyulun 29-dan bugünədək bakalavriat səviyyəsi üzrə ali məktəblərə 24 641 abituriyent elektron ixtisas seçimi edib.

İxtisas seçimi edən abituriyentlərin 22 407 nəfəri Azərbaycan, 2234 nəfəri rus bölməsndəndir.

I qrup üzrə 8013 nəfər (Azərbaycan bölməsində 7284, rus bölməsi 729 nəfər), II qrup üzrə 7364 nəfər (Azərbaycan bölməsi 6528, rus bölməsi üzrə 836 nəfər), III qrup üzerə 7123 (Azərbaycan bölməsi üzrə 6633 nəfər , rus bölməsi üzrə 490 nəfər), IV qrup üzrə 2141 nəfər (Azərbaycan bölməsi üzrə 1962, rus bölməsi üzrə 179 nəfər) ixtisas seçimi edib.

Qeyd edək ki, avqustun 5-dən 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə ixtisas seçimi başlayacaq. Avqustun 10-dək internet vasitəsilə aparılacaq ixtisas seçimində ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər edə biləcək.

Yenicag.az