24 yaşlı gənc intihar etdi – Qusarda

Qusar rayonu ərazisində intihar faktı qeydə alınıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İmamqulukənd-oba kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Əlsultanov Bilərik Cərulla oğlu özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Onun bir müddət əvvəl həyat yoldaşından ayrıldığı üçün depressiyada olduğu bildirilir.