24 yaşlı qazi vəfat etdi

Azərbaycanda qazi dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, Laçın rayonunun Qarakeçdi kənd sakini olan Vətən müharibəsi iştirakçısı, 1998-ci il təvəllüdlü Şükürov Şahid Manaf oğlu yaşadığı Ağcabədi rayonunda vəfat edib.

Qeyd edək ki, o, Vətən müharibəsinə könüllü yollanıb və ayağından qəlpə yarası alıb.