Göygöldə 24 yaşlı qız özünü yandırıb.
Yenicag.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün rayon Polis Şöbəsinin yaxınlığında qeydə alınıb.
Rayon sakini, 1993-cü il təvəllüdlü Ayşən Babayeva üzərinə neft tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb. Yanıq xəsarətləri alan A. Babayeva xəstəxanaya yerləşdirilib. Ona başın və bədənin 2-3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub.
Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.