25 kilo çəkisi artan aktrisa belə arıqladı – FOTOLAR

Türkiyədə yaşayan və yenicə ana olan aktrisa Cəmilə Tağızadə çəkisinin 25 kilo artdığını bildirib.

Yenicag.az xəbər verir ki, aktrisa karantinin bitəcəyi və arıqlayacağı günü səbirsizliklə gözləyir.

“Sadəcə, karantin bitməyib, hamımız evdəyik. Nə piyada gəzə, nə idmana gedə, nə də az yeyə bilirik. Övladınıza süd vermirsinizsə, axşam 6-dan sonra az yeyin, bacarırsınızsa, ümumiyyətlə, yeməyin. Unlu, yağlı yeməklərdən uzaq durun. Hər gün qatıq için, şirniyyatı, şəkəri həyatınızdan çıxarın. Çörəyi yeməyin, mən nadir hallarda səhərlər yeyirəm. Hamiləlikdə çəkim 50 kq-dan 75 kq-a yüksəldi. İndi isə 70 kiloyam. Gəzmədən, idmansız arıqlamaq mənim üçün çətindir… ”

Fotoları təqdim edirik:

Nehru