İŞİD terror qruplaşmasına qoşulan 25 Türkiyə vətəndaşı kürd yaraqlılar tərəfindən öldürülüb.
İraqın Mosul anbarı yaxınlığında peşmərgə tərəfindən İŞİD-in nəzarətində olan kəndə edilən hücum nəticəsində 25 nəfər öldürülüb. Peşmərgə tərəfindən verilən açıqlamada bildirilir ki, öldürülənlər Türkiyə vətəndaşı olub və onların kimlikləri Türkiyə höküməti tərəfindən açıqlanacaq.
Bu arada İraqla Suriya sərhədində yerləşən Mosulun Rabia mahalında İŞİD yaraqlıları peşmərgə postlarına hücum edib. 2 mövqeyə edilən hücum nəticəsində 7 başı kəsilən 15 peşmərgənin öldürülüdüyü bildirilir. Peşmergenin əks-hücumu nəticəsində bir mövqe İŞİD-dən geri alınıb. O birisi mövqeni geri almaq üçün peşmərgə ilə İŞİD arasında şiddətli döyüşlər gedir.
Qeyd edək ki, Mosulun Rabia Mahalı İŞİD-in Suriya və İraq arasında olan ən əhəmiyyətli nəqliyyat yolunun üstündə yerləşdiyi üçün terror qruplaşması çoxlu itkilər verməsinə baxmayaraq bu məntəqəni qorumaqda israrlıdır.(anapress.com)