25 yaşlı futbolçu öldürüldü – Qətl anının VİDEOSU

Argentinalı 25 yaşlı qapıçı Fakundo Espindola bıçaqlanaraq öldürülüb.

Yenicag.az xəbər verir ki, hadisə Buenos-Ayresdə gecə klubunun önündə baş verib.

Cinayətlə bağlı iki nəfər saxlanılıb. Onlardan biri “San Telmo” klubunun hücumçusu Nahuel Oviedodur.

Qeyd edək ki, öldürülən qapıçı “River Pleyt” klubunun yetirməsi idi.