Sumqayıt şəhərində 25 yaşlı qadın intihara cəhd edib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Göyərçin abidəsi yaxınlığında – dəniz kənarında baş verib.
Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü Ləman Tofiq qızı Həsənova özünü dənizə atmaq istəyib. Ətrafda olan insanların sayıqlığı nəticəsində o xilas edilib.
Xəstəxanaya çatdırılan qadının 3 gün bundan öncə naməlum şəxs tərəfindən döyüldüyü və bu səbəbdən intihara cəhd etmək istədiyi məlum olub.
Hazırda fakt üzrə araşdırma aparılır.