25 yaşlı qız beyin qan sızmasından dünyasını dəyişib – Salyanda

qiz3Xəstəxananın həkimi Azad Ağalarov AzNews.az -a açıqlamasında bildirib ki, xəstə yerli KİV-də təqdim edildiyi kimi epilepsiya xəstəsi olmayıb:

Həkim Zərxanım Novruzovanın 1990-cı il təvəllüdlü olduğunu da qeyd edib:

“Xəstə son bir həftə ərzində baş ağrılarından əziyyət çəkib. Bundan əlavə tez-tez qusma halları olub. Nədənsə həkimə müraciət etməyib. Dünən gecə saatlarında epileptik tutması olub və xəstəxanaya gətirilib. Nervopotoloq çağırdıq baxdı xəstəyə beyin-qan dövranının pozulması diaqnozu qoydu. Xəstə beyninə qan sızmadan dünyasını dəyişib”.

Faktla bağlı araşdırma aparılır.