25 yaşlı qız dəm qazından ZƏHƏRLƏNDİ

Goranboyda 25 yaşlı qız dəm qazından zəhərlənib.

Yenicag.az-ın məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində baş verib. Belə ki,1996-cı il təvəllüdlü qəsəbə sakini Məmmədova Mənsurə Nizaməddin qızı yaşadığı evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.