25 yaşlı qız itkin düşüb – Sumqayıtda – Yenicag.Az

Reklam

Reklam

Sumqayıt şəhərində 25 yaşlı qız itkin düşüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindəki uşaq bağçalarından birində məskunlaşmış, Ağdam rayonunun Xıdırlı kənd qeydiyyatında olan 1993-cü il təvəllüdlü Məhərrəmova Zülfiyyə İlqar qızı bu ilin iyulun 8-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Məhərrəmova Zülfiyyə İlqar qızının əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, baş saçının rəngi şabalıdıdır. Çiynində, sağ biləyində və sağ ayağı üzərində qara rəngli ət xalı var. Fiziki və əqli cəhətdən sağlamdır.

Məhərrəmova Zülfiyyə İlqar qızı barəsində məlumatı olan şəxslərdən Sumqayıt Şəhər Polis İdarəsinə 018-65-4-02-02, 018-65-4-42-03, 055-515-39-66 telefon nömrələri ilə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 944
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."