!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“250 milyard dolları xalqın problemlərinin həllinə yönəltməkdənsə...” – Ekspert

!Reklam – Yazi

“ABŞ-la İranın nüvə anlaşması Vaşinqtondan çox Tehranın maraqlarına uyğun idi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-la İran arasında imzalanmış nüvə sazişinin ləğv edilməsi ehtimalını dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Onun fikrincə, ABŞ-İran münasibətlərinin indiki gərgin vəziyyətində sözügedən müqavilənin ləğv olunması real görünür:

“Xatırladım ki, Barak Obamanın prezidentliyi dönəmində imzalanmış o saziş 10 il müddətinə nəzərdə tutulub. Sazişə uyğun olaraq, İrana qarşı tətbiq olunmuş bəzi sanksiyalar aradan qaldırıldı, yaxud da xeyli yumşaldıldı.

Ən əsası, İranın şah dövründən etibarən ABŞ banklarında yığılmış 250 milyard dollar məbləğində vəsait də birdəfəyə geri qaytarıldı.

Ancaq İran hakimiyyəti durduğu yerdə əldə etdiyi 250 milyard pulu xalqın, ölkənin problemlərini həll etmək əvəzinə, Suriyada hərbi əməliyyatlar aparmağa, Aralıq dənizinə qədər uzanacaq “Şiə zolağı”nın yaradılmasına sərf etdi.

O baxımdan, Amerikanın İranla imzalanmış nüvə sazişindən narazılığının səbəbini başa düşmək mümkündür. Donald Tramp bir il əvvəl səlahiyyətlərinin icrasına başlayanda da həmin sazişlə əlaqədar tənqidi fikirlərini bildirmişdi.

İndi Tillerson da bu barədə danışırsa, deməli, nüvə anlaşmasının ləğvi çox realdır. Ancaq ABŞ-ın bundan sonra bölgədə hansı siyasət yürüdəcəyini söyləmək çətindir”.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson “Associated Press” agentliyinə müsahibəsində prezident Donald Trampın İranla imzalanmış nüvə anlaşmasını dəyişdirəcəyini, yaxud da ləğv edəcəyini bildirib.

A. Zeynalov

www.yenicag.az

1936
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv