250 sakin təxliyə olundu – Daşqın və sürüşməyə görə

İtaliyanın şimal-şərqindəki Kurmayor şəhərində güclü leysan yağışlarından sonra baş verən daşqın və torpaq sürüşməsi ilə əlaqədar 250-dən çox adam təxliyə olunub.

Yenicag.az xəbər verir ki, torpaq sürüşməsi dağ yollarını bağlayıb. Güclü sel və daşqınlar yerli infrastruktura ciddi zərər vurub. Maşınları sel aparıb.

Qeyd olunur ki, sürüşmə sakinlər üçün təhlükə yaratmasa da, onlar ehtiyat tədbirləri ilə əlaqədar təxliyə olunub.

Sakinlər helikopterlər vasitəsilə bölgədən çıxarılıb.

COP29