Ağstafa rayonunda 26 yaşlı gənc itkin düşüb.
Yenicag.az xəbər verir ki, martın 2-si Ağstafa şəhəri Nizami küçəsi 14-də yaşayan 1986-cı il təvəllüdlü Yaquvova Ülviyyə Ələsgər qızı Ağstafa rayon polis şöbəsinə ərizə verərək onunla birgə yaşayan 07.01.1993-cü il təvəllüdlü qardaşı Yaqubzadə Əli Ələsgər oğlunun fevralın 22-si səhər saatlarında evdən çıxaraq itkin düşdüyünü bildirib.
İtkin düşən Yaqubzadə Əli Ələsgər oğlunun əlamətləri: boyu 175 sm, gözləri açıq rəngli, saçının rəngi qara və orta bədən quruluşludur. Evdən çıxarkən əynində qara cins şalvar, boz rəngli köynək, qara rəngli gödəkçə və qara rəngli idman ayaqqabısı olub.
Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.