!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

27 polis və 12 sürücü mükafatlandırıldı - VİDEO

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 2 İyul Polis günü münasibətilə millət vəkilləri, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, QHT sədrləri, nəqliyyat ekspertləri və jurnalistlərin iştirakı ilə tədbir təşkil olunub.

Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Jurnalistika və İnkişaf Mərkəzinin sədri, Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı bildirib ki, əsas məqsəd polisin cəmiyyətdə həyata keçirdiyi önəmli rolu çatdırmaq, eyni zamanda xidmətdə fərqlənən polis əməkdaşlarını mükafatlandırmaqdır. “Hər il ənənəvi olaraq təşkil olunan tədbirlərdən fərqli olaraq bu il iki yenilik etdik. Həm Qarabağ müharibəsində, həm də xidmət zamanı şəhid olan polis əməkdaşlarını, eyni zamanda veteran yol polislərinin də xidmətlərini ictimaiyyətə tanıdacağıq. Həmçinin nümunəvi sürücüləri də müəyyən edərək onlara da Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az saytı tərəfindən hazırlanmış diplomlar təqdim olunacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nuşirəvan Səfərova təklif verəndə çox səmimi qarşıladı və təqdim olunacaq diplomları də şəxsən imzaladı. Buna görə Nuşirəvan müəllimə təşəkkür edirəm. Ümid edirik ki, bütün bunlar digər polis əməkdaşları və sürücülər üçün də bir stimul olacaq.”

Tədbirdə çıxış edən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistləri adından Prezdent yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubova və daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova Polis günü münasibətilə təbrikini çatdırıb. Qeyd edib ki, istər Qarabağ müharibəsi dövründə, istərsə də dinc vaxtda polis hər zaman asayişin keşiyində olub.
Millət vəkili Fazil Mustafa bildirib ki, yol polislərinin işi digər həmkarlarrına nisbətən daha çətindir. Çünki onlar insanlarla yanaşı, texnika ilə də təmasda olurlar: “Bəzən texnika insanı eşitməyə bilir. Odur ki, yol polisinin həyatı riski daha böyükdür”.

Millət vəkili Çingiz Qənizadə də daxili işlər naziri Vilayət Eyvazova və sabiq nazir Ramil Usubova yeni vəzifələrində uğurlar arzulayıb. Binəqədi rayon sakini olduğunu bildirən millət vəkili son illərdə Binəqədi polisinin müsbət xidmətlərə görə ilk sırada olduğunu da diqqətə çatdırıb.

Deputat Jalə Əliyeva və Şahin İsmayılov yol polisi ilə bağlı başlarına gələn hadisələri danışıblar. Jalə Əliyeva qeyd edib ki, yağışlı havada rayondan qayıdarkən yol patrul xidməti avtomobilinin onları müşaiyət etdiyini görüb. Sonda məlum olub ki, YPX inspektoru onların avtomobilinin nasaz olduğunu görərək yolda təhlükə yaranmasın deyə onları müşaiyət edib.
Şahin ismayılov isə seçicilərlə görüşdən qayıdan zaman avtomobildə nasazlıq olduğunu və yol polisi əməkdaşının onu tanımadan kömək etdiyini qeyd edib.
Millət vəkili Flora Qasımova bildirb ki, polis peşəsi hər zaman ağır olduğu kimi həm də şərəfli bir yoldur: “İnsanların xidmətində duran bu şəxslər bütün təhlükələrə baxmayaraq öz peşə vəzifələrini layiqincə yerinə yetirirlər”.

Tədirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandir müavini, polkovnik Xosrov Nəcəfov bildirib ki, vətəndaş-polis münasibətlərinin yüksək səviyyədə olması cəmiyyətimizin uğurudur: “Azərbaycanın qüvvətlənməsi, müstəqiliyyimizin qorunub saxlanmasında polis əməkdaşları hər zaman ayıq-sayıq dayanıblar”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polkovnik İlham Babayev, Baş Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr şöbəsinin əməkdaşı, polkovnik-leytenant Mübariz Ağayev polis əməkdaşlarına gösətərilən diqqət və qayğıya görə təəkkürlərini bildiriblər. Qeyd olunub ki, polisin, xüsusilə yol polisinin fəaliyyətinin cəmiyyətdə tanıdılmasında Avtosfer.az portalının xüsusi rolu var.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Alıyev tədbirdə çıxış edərək bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. Bildirib ki, polis daim ictimai asayişin qorunmasında müstəsna rol oynayır. Daha çox yol polisləri ilə birgə fəaliyyət göstərdiklərini diqqətə çatdıran DANX rəsmisi qeyd edib ki, maaifləndirmə tədbirlərin son illərdə daha da artması müsbət nəticələr verir.

Hüquqşünas Ərşad Hüseynov çıxışında nümunəvi sürücülərin mükafatlandlırıması ideyasını yüksək qiymətləndirib. Qeyd edib ki, bu, digər yol hərəkəti iştirakçıları üçün də stimul olacaq.
QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşları Elməddin Behbud və Sənan Nəcəfov çıxış edərək yol polisi ilə bağlı xatirələrini bölüşüblər. Eyni zamanda, qeyd olunub ki, vətəndaş cəmiyyətinin polislə birgə bu cür tədbirlər keçirməsi, təbliğat işini həyata keçirməsi yaxşı nümunədir.

“Gomas Avto” şirkətinin direktoru Qoşqar Əsədov bayram günü münasibətilə bütün daxili işlər orqanları əməkdaşlarını təbrik edib və bildirib ki, rəhbərlik etdiyi şirkətdə onlar üçün yağdəyişmə xidməti pulsuz olacaq. Nümunəvi sürücülərə isə yağdəyişmə 50 fazi endirimlə təqdim ediləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov çıxış edərək bütün həmkarlarnı təbrik edib. Bildirib ki, bu gün Azərbaycan cəmiyyəti, ictimaiyyət polisə inanır, rahat və təhlükəsiz şəkildə hərəkət edərək həyat tərzini yaşayırsa, bu, elə polisin uğurudur. Vaqif Əsədov poli-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsində fəaliyyətinə görə Avtosfer.az saytına təşəkkürünü bildirib.

Daha sonra nümunəvi xidmətə görə fərqlənən 27 yol polisi əməkdaşı və nümunəvi sürücü olduğu üçün seçilmiş 12 nəfər mükafatlandırılıb. Mükafatlamndırma mərasimində Qarabağ müharibəsində şəhid olmuş yol polisi əməkdaşı Əli Vəliyevin oğlu İlkin Vəliyevə atasının diplomu təqdim olunub. İlkin Vəliyev çıxışında təşəkkürünü bildirərək hazırda polis orqanlarında xidmət etdiyini, amma ən böyük arzusunun atası kimi yol polisi olaraq xidmət etmək olduğunu bildirib.

Mükafatlananlar arasında Qarabağ müharibəsində iştirak etmiş yol polisləri də olub. Bundan başqa, xidmət zamanı həlak olmuş 2 yol polisinin ailə üvzlərinə də onların adına olan diplom və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, bütün mükafatçılara “Azərsun Holdinq”, “156 evakuasiya xidməti” və Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hədiyyələr təqdim olunub.

Mükafat alanan polislər bunlardır;

1 Əli İmran oğlu Vəliyev – Vətən qarşısında xidmətlərinə görə təltif olunur (ölümündən sonra) – Xocalı şəhər Yol Polisi Şöbəsi
2 Nəcəfov Xosrov Adil oğlu – polkovnik – Baş DYPİ YPXA Alayının komandir müavini
3 Xəlilov Fərman Əhmədəli oğlu – mayor – Bakı şəhər DYPİ
4 Məmmədov Hafiz Abbas oğlu – Sabunçu rayon DYPŞ, rəis
5 Həmidov Müştəba Siracəddin oğlu – mayor – Pirallahı rayon DYPB, rəis
6 Təhməzov Elman Fəqan oğlu – baş serjant – Ağcabədi DYPB
7 Əhmədov Hacıağa Yunis uğlu – kapitan – Bakı şəhər DYPİ
8 Hümbətov Elin Hüseyn – serjant – Bakı şəhər DYPİ
9 İsmayılov Güləhməd Cəlal oğlu – serjant – Bakı şəhər DYPİ
10 Musayev Cavid Elşən oğlu – serjant – Baş DYPİ YPXA
11 Şəfiyev Elvin Arzuman oğlu – serjant- Binəqədi rayon DYPŞ
12 Divanov Faiq Çingiz oğlu – baş serjant – Bakı şəhər DYPİ
13 İsmayılov Xaliq – baş leytenant – Bakı şəhər DYPİ
14 Əliyev Sərxan Ədalət oğlu – serjant – Bakı şəhər DYPİ
15 Hüseynov Rauf Şahir oğlu – serjant – Bakı şəhər DYPİ
16 Həziyev Kazım Mürvət oğlu – baş serjant – Baş DYPİ YPXA
17 Kərimov Ziya Zahid oğlu – baş serjant – Baş DYPİ YPXA
18 Cəfərov Zaur Zahir oğlu – serjant – Baş DYPİ YPXA
19 Yusifov Nurlan Ələddin oğlu – serjant – Bakı şəhər DYPİ
20 Camalov Rövşən Kamil oğlu – baş serjant – Baş DYPİ – Ekologiya postu
21 Nağıyev Ehtiram Mirzəxan oğlu – leytenant – Cəlilabad DYPB (ölümündən sonra)
22 Əzizova Pərvanə Saday qızı – mayor – Nizami RPİ
23 Həsənova Xəyalə İqbal qızı – baş leytenant – Xəzər RPİ
24 Həşimov Araz Teymur oğlu – leytenant – Baş DYPİ YPXA
25 Nəcəfov Orxan Sahib oğlu – leytenant – Nəsimi rayon DYPŞ
26 İmanov Oqtay Əli – baş serjant – Yasamal DYPŞ
27 Abbasov Əli Musa oğlu – polkovnik-leytenant – Bakı şəhər DYPİ

Bakı şəhər DYPİ və Avtosfer.az saytı tərəfindən seçilən “Nümunəvi sürücü”lər

Cəlilova İradə Məhəmmədağa qızı

Cəfərov Rüstəm Əlismayıl oğlu
Babayeva Kürsüm Fəxrəddin qızı
Babayev İlkin Nəcəf oğu
Aslanov Bayram Mirazim oğlu
Abbasov Nicat Tariyev oğlu
Tanrıverdiyev Xəqani Yaqub oğlu
Qurbanov Rüfət Təhməz oğlu
Əliyeva Arifə Vahid qızı
Qarayev Ruslan Eyvaz oğlu
Nəzərli Vüsal Rüstəm oğlu
Vəliyev Roman Göyüş oğlu

www.yenicag.az

1822
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv