Avstraliyalı boksçu Duayt Riçi məşq zamanı aldığı zərbədən ölüb.
Yenicag.az xəbər verir ki, 27 yaşlı idmançı Maykl Zerafa məşqlərdə kömək edirmiş. Belə məşqlərdən birində zərbələrdən biri idmançıya dəyib. Zərbədən sonra o, huşunu itirib.
Xəstəxanaya çatdırılan idmançının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Riçi peşkar ringdə 25 qarşılaşma keçirib. Onlardan 19-u qələbə, ikisi məğlubiyyət, dördü isə heç-heçə ilə yekunlaşıb.