27 yaşlı gənc qətlə yetirildi – Gədəbəydə

Gədəbəydə qətl hadisəsi törədilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü İbrahim Həsənəliyev mübahisə zəminində həmkəndlisi 1984-cü il təvəllüdlü Rəşad Süleymanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Məlumata görə, qətlə yetirilən şəxs ailəli olub, 2 azyaşlı övladı var.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.