Reklam

Reklam

Cənubi Koreyanın məşhur “SHINee” musiqi qrupunun solisti Kim Yonq Hyun dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, 27 yaşlı müğənni evində huşsuz halda tapılıb. Onun intihar etdiyi ehtimal olunur. Belə ki, bacısı təcili yardıma zəng edərək, qardaşının intihar etmə ehtimalının olduğunu diqqətə çatdırıb. Təcili yardımla xəstəxanaya çatdırılan Hyunun dayanmış ürəyini bərpa etmək mümkün olmayıb.

Yerli polis tərəfindən aparılan araşdırmalardan sonra məlum olub ki, Kim zəhərli qazdan istifadə etməklə intihar edib. O, ölümündən öncə bacısına “Lütfən getməyimə icazə ver. Yaxşı olduğumu söylə. Son vida” sözlərindən ibarət mesaj göndərib.

Xüsusilə gənc nəslin sevimlisi olan Kim ilk dəfə 2008-ci ildə səhnəyə çıxmışdı. Onun son konsertini bu ayın 10-da Seulda verdiyi bildirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4946
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.