Cəlilabad rayonunda 27 yaşlı qadın bıçaqlanıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhərin Səttarxan küçəsində yaşayan 1991-ci il təvəllüdlü Aysel Saməddin qızı Ağaşova bıçaq xəsarəti alıb.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.