Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Badamdardakı sürüşmə ilə bağlı açıqlama yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar – 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 12:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Yenicag.az-a verilən məlumata görə, sürüşmə zonasında müşahidələr davam edir.

Saat 12:00-a olan məlumata görə, sürüşmə kütləsi üzərində dəyişikliklər qeydə alınmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar – 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 15:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Məlumata görə, sürüşmə zonasında müşahidələr davam etdirilib. Saat 15:00 -a olan məlumata əsasən sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda srüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb.

Loading...

www.yenicag.az

4430
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100