Bu ilin 9 ayı ərzində Əfqanıstandakı döyüşlər və terror hücumları nəticəsində 2798 dinc sakin ölüb, 5252 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) illik hesabatında bildirilib.
Sənəddə vurğulanıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yaralananlar 3 faiz azalsa da, ölənlərin sayı 5 faiz artıb.
Hesabatda dinc sakinlər arasında tələfatın başlıca səbəbləri kimi əldəqayırma partladıcı qurğular və terror aksiyaları (1015 nəfər ölüb – 45 faiz), silahlı toqquşmalar (605 nəfər ölüb – 39 faiz), dinc sakinlərin qəsdən qətlə yetirilməsi (439 nəfər ölüb – 8 faiz) göstərilib.
Bununla yanaşı, hökumət və hökumətyönlü hərbi qüvvələrin hava və axtarış əməliyyatları (8 faiz), partlamamış sursatlar (4 faiz), qarşıdakı seçkilərlə bağlı terror hücumları da dinc əhali arasında xeyli tələfata səbəb olub.