Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

28 milyon manatı kim “yedi”? – “Ortada heç nə yoxdur”

“Son iki ildə NİİM üçün BNA-ya 28 milyon manat vəsait ayrılıbmış”.

Yenicag.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib. O, qeyd edib ki, bir neçə gün öncə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə bağlı bir açıqlama verib. Açıqlamanın mahiyyəti belə idi ki, 100 milyon vəsait xərclənən bu Nəqliyyatın İntellektual İdarəetmə sistemi Nəqliyyat Nazirliyində olduğu zaman iflasa uğrayıb və artıq 2-3 ildir ki Bakı Nəqliyyat Agentliyinə verilməsinə baxmayaraq fəaliyyəti bərpa edilməyib: “Yumşaq da bir yazı idi. Buna rəğmən, BNA rəsmisi statusun altında çox aqressiv bir rəy yazmışdı.

Düzü, çox da təəccüblənmişdim. Çünki, fikrimcə adi bir tənqid idi, sadəcə BNA –ya çağırış edilirdi ki, zaman gedir, NİİM bərpa edilməlidir.

Amma BNA rəsmisinin vətəndaş cəmiyyətinə qarşı aqressiyasını yadımda saxlamışdım.

Təxmini duymuşdum ki, burada nəsə əmma var. Odur ki, vaxt tapıb son iki ildə NİİM-lə bağlı görülən işlər üzrə qısa bir araşdırma apardım.

Və hədsiz təəccübləndim, düzü, dəhşətə gəldim.

Baxıram ki, NİİM BNA-ya veriləndən sonra bu sistemin bərpası, həmin o məşhur video monitrola bağlı texniki xidmət, videorabitə işləri ilə bağlı, serverlərlə bağlı, nəqliyyat planlaması və trafik təhlili proqram təminatları ilə bağlı BNA-ya təxminən 28 000 000 manat vəsait ayrılıbmış.

Təsəvvür edin, son 1- 2 ildə BNA-ya 28 milyon manat vəsait ayrılıb, amma Nəqliyyatın İntellektual İdarəetmə sistemi hələ də ortada yoxdur.

BNA rəsmisi də vətəndaş cəmiyyətindən verilən adi bir təklifə, adi bir tənqidə aqressiya ilə yanaşır”.

www.yenicag.az

3551
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM