Daha əvvəl də intihar cəhdi edən müğənni şəxsi evində ölü tapılıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, K-pop qrupu “KARA”nın keçmiş üzvü 28 yaşlı Goo Hara dünyasını dəyişib. Evində ölü halda tapılan Haranın intihar etdiyi bildirilir. 6 ay əvvəl də intihar cəhdi etmiş müğənni daha sonra pərəstişkarlarından üzr istəmiş və silsilə konsertlər üçün Yaponiyaya səfər etmişdit. Cənubi koreyalı müğənni “İnstagram”da 1,5 milyon izləyiciyə malik idi. Onun pərəstişkarları arasında, xüsusilə, yeniyetmələr üstünlük təşkil edir.