!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

29 İL ÖNCƏ VƏ BU GÜN – Dövlətə xəyanətin başqa adı

!Reklam – Yazi

Birinci yazını 1991-ci ilin martında, Azərbaycan rəhbərliyi xalqı zorla referenduma sürükləyib “müstəqilliyi istəmirik” dedirtdirəndə yazmışdım.

“Bəsdir!” adlı həmin yazı mənim etiraz harayım idi və “Azərbaycan” qəzetinin səhiflərində yayılmışdı. Çox yer tutar deyə onu burda təkrar etmək istəmirəm. Amma təəssüf ki, adamlarımız bir sıra səhvləri təkrar etməkdən yorulmurlar. 1991-ci ildə zaman bizim haqlı olduğumuzu göstərdi. Cəmi altı ay keçəndən sonra həmin “ittifaqpərəstlər” Xalqın və Tarixin hökmünə boyun əyib Azərbaycanın Müstəqillik Aktına qol çəkməli oldular.

Üstündən 29 il keçib, Çar Rusiyasının və onun müxtəlif adlar altında yaşayan varislərinin son 200 ildə bizim kimi məzlum xalqlara yaşatdığı faciələrin dəhşətli mənzərələrini daha açıq şəkildə görmüşük, arxivlər açılıb, bizi bir xalq kimi məhv etmək siyasətinin bir çox gizlinləri çözülüb, bizə verilən vədlərin həmişə yalan və qaniçənliklə nəticələndiyi gün kimi aydındır, bu barədə qucaq-qucaq kitab yazılıb… Hətta müharibə şəraitində də, ən bərəkətli torpaqlarımız düşmən əlində olsa belə, müstəqilliyin nə qədər böyük bir nemət olduğunu da görmüşük! LAKİN yenə bir dəstə adam düşüb ortaya. Əvvəl ehtiyatla, müstəqil Azərbaycan respublikasından, ömrünü onun quruculuğuna vermiş insanlardan, namuslu vətəndaşdan, nəhayət, ölkənin qanunlarından qorxurdular. Cəzasızlığı hiss edə-edə, arxalarında dayananların onlara ürək-dirək verməsini dinləyə-dinləyə ildən-ilə güclənirlər, heç nədən çəkinmirlər; artıq hətta mətbuatda, televiziyada, müstəqillik üçün nəsil-nəsil övladlarını qurban vermiş xalqın gözünün içinə baxa-baxa Moskva təbliğatı aparır, birlikdən danışırlar, Rusiya xiffətindən ürəkləri partlayır; “Qarabağ məsələsinin həlli ancaq Rusiyanın əlindədir, onun qapısına getməliyik!” deyib yüz il Rusiyada bəstələnmiş kiflənmiş nəğməni təkrarlamaqdan yorulmurlar. Guya, bizim torpaqlarımızda Ermənistanı dövlət qayıran Rusiya deyilmiş; guya, Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu ermənilərə bağışlayan rus-sovet hərbi hissələri deyilmiş.

İndi nə baş verib, indi nə dəyişiləcək! İnsan bir səhvi neçə dəfə təkrar edər görəsən? Kor gözlər açılmır ki açılmır! Yox, bağışlayın, yanıldım. Burada söhbət kor gözlərdən getmir! Kor gözlər də çoxdan açılıb! Burada söhbət satqınlıqdan, çürük və bizi sevməyən zehniyyətdən və açıq-aşkar Azərbaycan düşmənçiliyindən gedir. Nə qədər istəyirsiniz mənasız dəlil-sübut, əl yeri axtarın, fərq etməz! Bunun başqa adı yoxdur! Bu, dövlətimizin Ana Yasasını-Konstitusiyasını, varlığını, onun sahibi olan xalqı heçə saymaqdır, xəyanətdir!
Dövlətə xəyanətdir və cəzalandırılmalıdır.

Biz bu cür danışan adamlara etiraz edəndə, səslər ucalır ki, Rusiya bizim böyük qonşumuzdur, onunla dost olmalı, onun hər sahədə fikr
Dövlətə xəyanətdir və cəzalandırılmalıdır.

Biz bu cür danışan adamlara etiraz edəndə, səslər ucalır ki, Rusiya bizim böyük qonşumuzdur, onunla dost olmalı, onun hər sahədə fikrini nəzərə almalı, onun dediyi ilə oturub-durmalıyıq! Qardaşım, kim sənə deyir ki, Rusiya ilə düşmən ol! Biz indi Rusiya ilə Sovet dövründə olduğundan daha mehriban qonşuyuq! Tabeçilikdə sayğı olmaz, əsl sayğı bir-biridən asılı olmamaqdadır! Olaq! Biz dostluğu, qonşuluğu bu cür başa düşürük! Siz isə deyirsiniz ki, qonşuluq azdır, biz gərək, onun mədəsinə girək, orda əriyək! Qonşunun dediyi ilə oturub- duracaqdınsa, onda Müstəqil dövlət sənin nəyinə lazım idi?!

İllər öncə Bakıda rus məktəblərinin sayını artıranlara, rus məktəblərini təbliğ edə-edə uşaqlarımızı ana dilli məktəblərimizdən uzaqlaşdıranlara etirazımız süngüylə qarşılanmışdı, halbuki mən heç vaxt rus xalqına, rus mədəniyyətinə və rus dilinə qarşı olmamışam, tam əksinə! Ancaq rus dilini öyrənmək üçün öz məktəbindən, ana dilindən imtina edib, dövlət dilini sıxışdıraraq, ildən- ilə rus məktəblərinin sayını artırmaq lazım deyildi. Hələ o vaxt yazmışdım ki, bu məktəbləri çoxaldanların, səksən mindən artıq övladımızın rusca oxumasını fəxrlə şüar edənlərin iki məqsədi var: ya uşaqlarını gələcəkdə Azərbaycandan çıxarmaq, ya da Moskvanı Azərbaycana gətirmək! Başqa niyyət ola bilməz.
Həmin məktəblərin acı bəhrəsini hələ bundan sonra görəcəyik. Rus məktəblərini gizli yollarla artırtdıranlar, köhnə SSRİ aşiqləri, Rusiyanın açıq görünən ikinci vətəndaşlıq süfrəsinə can atanlar, Qarabağın yollarını Rusiyanın bağladığını bilə-bilə yenə ondan açar umanlar hamısı bir xəttin üstündədirlər. Mən onların saf Azərbaycan sevgisinə şübhə edirəm!

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Qırmızı Ordu tərəfindən işğalından 100 il keçir. Biz bu yüz illik yola nəzər salıb bəzi nəticələr çıxarmalıyıq. O vaxt Rusiya hansı vədlərlə gəlmişdi? O vaxtın müstəqil dövlətləri necə addım-addım totalitar və tam mərkəzləşdirilmiş bir rejimə çevrildi. İnsana ağıl ona görə verilib ki, baxsın, görsün. İncələsin və nəticə çıxarsın…

Baxıram, bəzi siyasətçilərimiz ciddi şəkildə müzakirələr aparırlar: Lavrov belə dedi, Ermənistanın Xarici işlər naziri ona elə cavab verdi, Ermənistan çökəcək, Rusiya ilə Ermənistanın arasında soyuq küləklər əsəcək və s. Görəsən, 30 ildə belə əsassız və mənasız təhlillərdən yorulmadıq? Bunun həmin köhnə oyunun yeni pərdələri olduğunu görmək çoxmu çətindir? Bu razılaşdırılmış Minsk qrupu-Lavrov- İrəvan ötür-ötürünə necə ciddi yanaşmaq və ondan necə ümid gözləmək olar?

Şəxsən mənə görə Rusiyanın indiki bəzi erməni əsilli böyüklərinin Şaumyanlardan, Mikoyanlardan, Ermənistan böyüklərinin də Androniklərdən heç bir fərqi yoxdur. Nəticələr göz qabağındadır.

Biz əlli milyonluq xalqın bir parçasının qurduğu balaca bir dövlətik. Amma Lüksemburqdan da balaca deyilik ki! Avropada böyüklükdə bizimlə tərəziyə qoyula bilən neçə ölkə var… Nə yaxşı onlar böyür- başlarındakı güclü dövlətlər tərəfindən udulacaqlarından, silinib itəcəklərindən qorxmurlar?

Biz Azərbaycanı Qanunlarla idarə olunan, ədalətli, iqtisadi cəhətdən inkişaf eləmiş, cazibə mərkəzinə çevirdikcə kimsənin bizə dil və əl uzatmağa cəsarəti çatmayacaq! Dövlət yerində möhkəm dayanmalıdır, necə ki, şükür, dayanır. Tək-tək “bəlkə də qaytardılar” dərdiylə yanıb qovrulanların da üzünə yol açıq olmalıdır: buyursunlar, hara istəyirlər getsinlər! Amma dövləti də özləri ilə aparmaq haqqında düşünməsinlər!

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv