29 nəfərin ölkədən çıxışına qadağa – Vergi borcuna görə

vergi42Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış şəxslərin sayı artıb.

22 noyabr tarixinə vergi borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulan şəxslərin sayı 449-a yüksəlib.

Halbuki 17 noyabr tarixinə açıqlanan siyahıda 420 fiziki şəxsin adı qeyd olunub. Beləliklə, 29 nəfərin də vergi borcu ödənmədiyindən onların adları siyahıya əlavə olunub.

Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 4 xarici vətəndaş da var.

Vergi ödəyicilərinin borcu açıqlamayıb.