29 yaşlı gəncin meyiti su quyusunda tapıldı – Lənkəranda

Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, rayonun Günəhir kənd sakini, 1992-ci il təvəllüdlü Fətullayev Faiq Mirağa oğlunun cansız bədəni həyətlərindəki su quyusunda aşkar edilib.

Ailə üzvləri bildirib ki, F.Fətullayev dünən axşam evə gəlməyib və onun Bakıya getdiyi güman olunub.

Lakin bu gün onun meyiti həyətlərindəki su quyusunda tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.