29 yaşlı oğlan bıçaqlandı – Göyçayda

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayonun Zakir Nəcəfov küçəsində yaşayan, 1990-cı il təvəllüdlü Nəcəfov Əbülfəz Əvəz oğlu küçədə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.