Şamaxıda intihara cəhd hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Şamaxı şəhəri, 28 May küçəsində baş verib.
Həmin ünvanda yaşayan 1989-cu il təvəllüdlü Yolçuyeva Gülşən zəhər içərək özünü öldürmək istəyib. O, Şamaxı Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.
G. Yolçuyevanın intihara cəhd etməsinin səbəbləri araşdırılır.