3 aptekdə nöqsan aşkarlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin mart ayı ərzində Bakı şəhəri üzrə 1, respublikanın digər şəhər və rayonlarında isə 14 aptek olmaqla, ümumilikdə 15 aptekdə yoxlama aparılıb.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, yoxlamalar zamanı 3 aptekdə nöqsan aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.10, 452.1, 452.3 maddələri üzrə protokollar tərtib edilib.