Oğurluq etdiklərinə görə tutulmuş dəstə üzvlərinin digər cinayət əməlləri də müəyyən edilib.
Yenicag qafqazinfo-ya istinadən bildirir ki, oğurluq edən dəstə üzvləri Baş Cinayət-Axtarış İdarəsi, Cəlilabad Rayon Polis Şöbəsi və Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən yanvarın 8-də saxlanılıb.
Saxlanılan Etibar Təhməzovun, Sevda Babayevanın, Nuranə Məmmədovanın və Ramin Məmmədovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 7-də Xanəli Hüseynova məxsus 3 baş qoyunu, noyabr ayının 15-də isə Günəşli kənd sakini Səmayə Əliyevaya məxsus 4 baş qoyunu oğurlamaları da müəyyən edilib.