3-cü dəfə xərçəngə yaxalanan məşhur intubasiya edildi

Türkiyənin məşhur MFÖ qrupunun üzvü Özkan Uğur intubasiya edilib.

Yenicag.az xəbər verir ki, 3-cü dəfə xərçəngə yaxalanan Özkan Uğur hazırda xəstəxanaların birinin reanimasiya şöbəsində cihaza bağlanıb.

Türkiyə mətbuatının xəbərinə görə, Özkan Uğurun bədənindəki xərçəng hüceyrələri məhv edilsə də, bu səfər böyrəklərində problem yaranıb və o, intubasiya edilib.