Bu gün Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və İLESAM-ın birgə təşkilatçılığı, “Azərkitab” və “Büyükfırat” qrupunun təşkilatı dəstəyi ilə Dövlət Filarmoniyasında müstəqilliyimizin 26-cı illiyinə həsr olunmuş “3-cü qardaşlıq mədəniyyəti” adında ədəbi-bədii gecə keçirilib.
Yenicag.az xəbər verir ki, gecədə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, millət vəkili Qənirə Paşayeva, əməkdar artist Almaz Orucova, şair Mehmet Nuri Parmaksız, TRT-nin solisti Mehmet Özkaya və bir sıra ictimai-siyasi, elm və incəsənət nümayəndələri iştirak edib.
Gecədən hazırlanmış fotoreportajı təqdim edirik: