3 əsgər şəhid olub

bb2fe5e75e3be71b3dccf7b80c3fa507Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunda PKK terrorçularının hərbi maşın karvanına hücumu nəticəsində 3 əsgər şəhid olub, 1 əsgər və 1 polis əməkdaşı ağır yaralanıb.

Terrorçuların yola döşədiyi partlayıcı qurğu zirehli avtomobillər keçərkən işə salınıb. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı açıqlamada bildirilir ki, bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir. Bu çərçivədə bölgəyə gedən zirehli maşına hücum olub və nəticədə 3 hərbçi şəhid olub, 2 nəfər yaralanıb.(APA)