“Üç evimiz ola-ola kirayədə qalırıq”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova “Rəngarəng səhər” verilişində deyib.
Sənətçi üç ev ola-ola kirayələrdə qalmasının səbəbini açıqlayıb:
“Üç evimiz var,12 sot da torpağımız. Üç evimiz ola-ola kirayədə qalırıq. Bunun da səbəbləri var. Yoldaşımın iki evi var, Xətaidə yerləşir. Bir blokdan iki mənzil almışıq, biri aşağı mərtəbədə, biri yuxarıda. Mənim də evim ayrı yerdədir. Amma o binaların heç birinin tikintisi başa çatmayıb. Hər dəfə də deyirlər, ilin sonunda “kupça”nı veririk, amma heç birini təhvil verməyiblər”.
Nehru