!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3 gün iş olmayacaq

!Reklam – Yazi

75433 (1)

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. Onun sözlərinə görə, noyabr ayının 9-u bayraq günüdür. Bu gün ölkə ərazisində qeyri-iş günü elan edilib.

Bayraq günü bazar gününə təsadüf etdiyindən növbəti iş günü – 10 noyabr da qeyri-iş günü elan olunub.

Nəticədə 8,9,10 noyabr tarixləri qeyri-iş gününə təsadüf edib.

Qeyd edək ki, 3 günlük istirahət həftənin 5 günü işləyən müəssisələrdə çalışanlara aiddir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərarda Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi.
“Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: Eşidildi – Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi.
Qərara alındı – Mavi, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin”.

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv