3 günə 35 uşaq öldü – Xəstəxanada

Hindistanın şimalında yerləşən Gorakhpur şəhərindəki bir xəstəxanada 3 gün ərzində 35 uşaq ölüb.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisənin xəstəxanada oksigen ehtiyyatının kifayət qədər olmaması səbəbindən baş verdiyi iddia olunur.

Yerli polis orqanları hadisəylə bağlı istintaq başladıb.

Xəstəxananın rəhbəri Praşant Trivedi oksigen borularında bir problem olduğunu qəbul edib, ancaq ölümlərə bunun səbəb olmadığını deyib.

Bu arada xəstəxananın, oksigen tədarük etdiyi şirkətə 424 min rupi borcu olduğu açıqlanıb.

Aytac
Yenicag.az